İngiltərə qəzetindən Ərdoğana sərt mesaj!

11.06.2015 11:16     Dünyadan reaksiya     1888

İngiltərənin  “The Guardian” qəzeti manşetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sərt mesaj verib.

Qəzet manşetində, "Türkiyənin lideri mətbuat haqqında çirkin ifadələrdən istifadə edir, “The Guardian” haqqında da yalan danışır. Bəlkə bizə bir üzr borcludur" – cümlələrinə yer verib.

Hər fürsətdə Türkiyə prezidenti Ərdoğana hücum edən İngiltərənin “The Guardian” qəzeti Ərdoğanın seçkidən əvvəl Ardahanda etdiyi çıxışda həzm edə bilmədilər.

Ərdoğanın Ardahanda etdiyi çıxışda, "Baxın bir İngilis qəzeti nə deyir bilirsinizmi? 'Tam qərbliləşməmiş yoxsul müsəlmanların öz ölkələrini idarə etmələrinə icazə vermək olmaz”. Sən kimsən axı? Sən kimsən, tərbiyəsiz. Həddini bil." sözlərini bu gün nəşr etdiyi bir məqalədə xatırladan qəzet etdiklərini unudaraq utanmadan Ərdoğana sərt mesaj verib.

“The Guardian” bugünkü manşetində bu sətirlərə yer verib:

“Jurnalistlər sözləri seçərkən diqqətli olmaq məcburiyyətindədir. Yanlış bir şey etdiklərində də, ki bəzən edirlər, bu səhvi mümkün olan ən qısa müddətdə görünəcək bir şəkildə düzəltməlidirlər. Çox ciddi vəziyyətlərdə da üzr istəməlidirlər. “The Guardian” tarixində ən uzun müddət vəzifədə olan baş redactor CP. Scottun sözləri ilə desək  “Gerçəklər müqəddəsdir”. Siyasətçilərin də sözlərini seçərkən çox diqqətli olmaları, bəhs etdiklərinin həqiqət olması vacibdir. Çox hörmətli Ərdoğan həm sözlərini səhv seçib, həm də gerçəklərdən bəhs edərkən səhv edib. Bəlkə də üzr istəyəcək".

Şərhlər