On minlərlə insan mitinqə toplaşdı - VİDEO
07.09.2015 03:32 Dünyadan reaksiya 1557
Moldovanın paytaxtı Kişinyovda kütləvi anti-hökumət mitinqi keçirilir. Reaksiya.az-ın məlumatına görə, UNİAN agentliyi Böyük Milli Məclis meydanına on minlərlə etirazçının toplaşdığını bildirib.
Aksiya iştirakçıları hökumətin ölkədəki sosial-iqtisadi vəziyyətə görə məsuliyyət daşıdığını bəyan edir və anti-hökumət şüarları səsləndirirlər. Onların çoxu əllərində Moldova, Rumıniya və Avropa Birliyinin bayraqlarını tutub.
Etirazçılar bank sistemindən pulların oğurlanmasına səbəbkar olanların məsuliyyətə cəlb olunmasını tələb edirlər. Hələlik mitinqin sakit keçdiyi bildirilir. İctimai asayişi onlarla polis əməkdaşı qoruyur.
Moldovanın daxili işlər naziri Oleq Balan bugünkü mitinqlə bağlı brifinqdə bildirib ki, paytaxt sakinlərinin və aksiya iştirakçılarının özlərini təhlükəsizlikdə hiss etmələri üçün əlindən gələni edəcək. O həmçinin aksiya iştirakçılarına müraciət edərək, şübhəli çantaları və ya üzündə maska olan şəxslər barədə polisi məlumatlandırmağı xahiş edib.
Şərhlər