Qəzet redaksiyasına hücum edildi

07.09.2015 04:12     Dünyadan reaksiya     1583

Türkiyənin "Hürriyət" qəzetinin redaksiyasına hücum olub. Reaksiya.az yerli mətbuata istinadən xəbər verir ki, təxminən 200 nəfərlik qrup prezident Rəcəb Tayyib Ərdoğanın televiziya müsahibəsindəki bəzi sözlərin hurriyet.com.tr saytında təqdimat formasına etiraz edib. 
 
Qrup üzvləri redaksiyanın binasına soxulmağa cəhd ediblər. Onlar binanın şüşələrini daş və dəyənəklərlə sındırıblar.  Mühafizəçilərdən bir neçəsinə də daş dəyib. Əraziyə polis gəldikdən sonra qrup üzvləri hadisə yerindən uzaqlaşıblar. 

Şərhlər

Çox oxunanlar