Ərdoğan: "Bu acı ürəyimizi dağlayır"
07.09.2015 10:51 Dünyadan reaksiya 2048
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Yüksekova rayonunun Dağlıca zastavasına edilən terror hücumuna münasibət bildirib.
Reaksiya.az xəbər verir ki, o, millətin birlik və bərabərlik içində qərarlı bir mövqe nümayiş etdirəcəyinə inandığını qeyd edib.
Ərdoğan həmçinin, əsgərlərin şəhid olmasına və yaralanmasına səbəb olan hücumu şiddətlə qınayıb:
“Separatçı terror təşkilatının xain hücumunda şəhid olan təhlükəsizlik qüvvələrimizin acısı millətcə ürəyimizi dağlayır. Millətimizin birlik və bərabərliyinə qarşı nəzərdə tutulan bu cür hücumlar heç vaxt məqsədinə çatmayacaq”.
Dağlıcadakı mənfur hücumu lənətləyən Ərdoğan şəhidlərin ailələrinə, türk millətinə baş sağlığı verib.
Qeyd edək ki, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb və 15 hərbçi şəhid olub.
Şərhlər