PKK 400 kilo partlayıcıdan istifadə etdi - VİDEO

07.09.2015 11:03     Dünyadan reaksiya     1999

PKK terror təşkilatı Hakkarinin Yüksekova rayonunun Dağlıca zastavasına təşkil etdiyi hücumunda 400 kiloqram partlayıcı maddədən istifadə edib.

Reaksiya.az xəbər verir ki, PKK-lı terrorçular əsgərləri daşıyan iki zirehli maşın keçərkən 400 kiloqramlıq “C-4” partlayıcı maddəsini uzaqdan pult ilə partladıb.

Terrorçular yağışlı və dumanlı havadan istifadə edərək partlayıcı maddələri əraziyə yerləşdiriblər.

15 şəhid və yaralıların olduğu hücumdan sonra bölgədə hava əməliyyatlarına başlanılıb. Nəticədə çox sayda PKK-lının öldüyü bildirilib.

Şərhlər

Çox oxunanlar