Meksikada 43 gənc yandırılıb - İDDİA - VİDEO
07.09.2015 12:23 Dünyadan reaksiya 2153
Ötən il sentyabrın 26-da Meksikanın cənub-qərbində iştirak etdiyi etiraz aksiyasından sonra 43 gəncin müəmmalı şəkildə itməsi ilə bağlı istintaq davam edir.
Reaksiya.az xəbər verir ki, aparılan müstəqil istintaqın nəticələri dünən açıqlanıb.
İstintaq prosesində daha əvvəl tamamlanan rəsmi istintaqın nəticəsinin yanlış olduğunu irəli sürülüb.
Hökumətin hazırladığı əvvəlki hesabatda həmin gənclərin yandırıldığı iddia olunub. Müstəqil hesabatda isə bunu təsdiq edəcək bir faktın olmadığı bildirilib.
Meksika hökuməti yeni bir cinayət işinin açılacağını qeyd edib.
Şərhlər