Davudoğlu matçı şəhidin oğlu ilə izlədi - VİDEO

07.09.2015 14:07     Dünyadan reaksiya     2059

Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Türkiyə millisi Hollandiya ilə qarşılaşıb. Fatih Terimin komandası 3-0 hesabı ilə qalib gəlib.

Reaksiya.az xəbər verir ki, baş nazir Əhməd Davudoğlu da tribunada olub.

O, matçı terror hücümu nəticəsində şəhid olan İstanbul polis bölməsinin şöbə müdiri Beyazıt Çekenin oğlu ilə bərabər izləyib.

Qarşılaşmada kapitan Arda Turan qolundan sonra kameralar Davudoğlunu göstərərkən şəhid uşağının solğun üzü və qollara sevinməməsi diqqət çəkib.

Şərhlər

Çox oxunanlar