Qazaxıstan prezidenti xalqa çağırış etdi
08.09.2015 01:02 Dünyadan reaksiya 1791
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə vətəndaşlarını Qərb məhsulları və istehlak mallarından imtina etməyə çağırıb.
Reaksiya.az xəbər verir ki, bunu qazax lideri ölkənin Akmolin vilayətində kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü zamanı bildirib.
"Misal üçün, Qərb geyimi — onsuz da yaşamaq olar. Düzdür? Ümumiyyətlə bizim üçün zərərli olan fua-qrasız, banansız da yaşamaq olar", — deyə o bildirib.
Nazarbayev aqronomlarla görüşü zamanı onları ölkənin əsas qida təminatçıları adlandırıb və qeyd edib ki, Qazaxıstan sakinlərinin "geyimləri var", onlar bütün lazımi mallar ilə təmin olunublar və Qərb malları onlara lazım deyil.
Şərhlər