Moldovada etirazlar səngimir

08.09.2015 02:30     Dünyadan reaksiya     1701

Moldovanın paytaxtı Kişinyovda 3 minədək insan etiraz aksiyası keçirir.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, paytaxta əyalətdən gələn etirazçıların sayı artıb.

Sentyabrın 7-də səhər saatlarında Kişinyovun mərkəzində 60 çadır quraşdırılmışdı. Hazırda onların sayı 150-yə çatıb.

Etirazçılar prezident və baş prokurorun istefasını,  həmçinin, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, sentyabrın 6-da Kişinyovda etirazçılar və polis arasında baş vermiş toqquşmalar  nəticəsində 6 asayiş keşikçisi xəsarət alıb. 

Şərhlər

Çox oxunanlar