Beynəlxalq Bilik Günüdür

08.09.2015 13:09     Dünyadan reaksiya     3716

Tarixdə bu gün Beynəlxalq Bilik Günü kimi qeyd edilir.

Bu günün beynəlxalq səviyyədə qeyd olunması UNESCO (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) tərəfindən 1965-ci ilin 8 sentyabr tarixində elan olunub.

Belə bir tarixin qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan haqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayır.

BMT-nin müraciətində bildirilir ki, dünyada 773 milyondan çox gənc və yaşlı insan onların bu müraciətini oxuya bilmir. Hələ də tam oxuyub yazmağı bacarmayan insanlar iş üçün ərizə formasını doldura bilməyəcək, avtobus cədvəlini oxuya bilməyəcək və öz övladlarına nağılı ucadan oxuya bilməyəcəklər. Onların üçdə ikisi cəmiyyətdə tam iştirak etmək üçün bu mühüm amildən məhrum olan qadınlardır.

Savadlılıq insanların sağlamlığı və qida rasionunu yaxşılaşdırmaq, dolanışıq imkanlarını genişləndirmək, ekoloji dəyişikliyə uyğunlaşmaq və məlumatlı seçim etmək üçün informasiyanın əldə olunmasına imkan yaradır. Sərmayələrin təhsil və savadlılığa yatırmaqla insanın şərəf və ləyaqətinin qorunmasına, inkişafa və sülhə imkanlar yaratmaq olar.

BMT Qlobal Təhsil üzrə Birinci Təşəbbüs irəli sürməsində məqsəd  hər bir uşağın məktəbə gedə bilməsini təmin etmək üçündür. Statistikaya əsasən, dünyada ibtidai məktəb yaşında olan ən azı 250 milyon uşaq oxuya, yaza və saya bilmir. Bu oğlan və qızların yarısı heç vaxt məktəbə getmir və ya dörd ili tamam olmamış dərsdən uzaqlaşdırılır. Orta məktəbi bitirənlər də daxil olmaqla digər 200 milyon yeniyetmənin isə əsas savadlılıq bacarıqları yoxdur.BMT-nin bu təşəbbüsü təhsilin keyfiyyətini yaxşılaşdırmaq, eləcə də qlobal vətəndaşlığın möhkəmləndirilməsini əhatə edir.

BMT bütün ölkələri öz siyasətlərində təhsil və savadlılığı milli prioritet elan etməyə çağırır. 

Şərhlər

Çox oxunanlar