Rusiyadan gərginliyi artıracaq növbəti addım
08.09.2015 13:15 Dünyadan reaksiya 2028
Rusiya Suriya Prezidenti Bəşər Əsədin ən güclü olduğu Lazkiye şəhərində hava bazası yaradır.
Reaksiya.az xəbər verir, bu barədə məlumat ABŞ-ın kəşfiyyat mənbələri tərəfindən verilib.
ABŞ Dövlət Katibi Con Kerri kəşfiyyat məlumatlarından sonra rus həmkarı Sergey Lavrov ilə telofanla əlaqə saxlayıb.
Con Kerri bildirib ki, əgər hesabatlar doğrudursa bu, regionda gərginliyi artıracaq, daha çox məsumum həyatını itirməsinə səbəb olacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin keçən həftə Vladivostokdakı iqtisadiyyat forumunda Rusiyanın Suriyaya avadanlıq, hərbi təhsil və silah daxil olmaqla ciddi yardım göstərdiyini açıqlayıb.
Şərhlər