PKK 20 türkiyəli girovu sərbəst buraxdı

08.09.2015 14:31     Dünyadan reaksiya     1959

PKK terror təşkiltatı  avqust ayının 10-da və 21-də qaçırdığı 20 gömrük əməkdaşını azad edib.

Reaksiya.az xəbər verir ki, Şimali İraqda sərbəst buraxılan məmurlar bu gün türkiyəli nümayəndə heyətinə təhvil veriləcək.

Girovların ailələrinin Diyarbəkir İnsan Haqları Dərnəyinə  müraciətindən sonra dərnək nümayəndələri Şimali İraqda PKK ilə təmas qurub.

Danışıqlar nəticəsində sərbəst buraxılan girovların Habur sərhəd qapısından Türkiyəyə gələcəyi bildirilib.

Şərhlər

Çox oxunanlar