Jurnalist diri-diri yandırıldı - Hadisə

11.06.2015 14:37     Dünyadan reaksiya     1239

Hindistanda jurnalistin yerli bir siyasətçini tənqid etməsindən sonra diri-diri yandırıldığı bildirildi. Xəstəxanaya aparılan jurnalist dünyasını dəyişdi.

Hindistanda Jagendra Singh adlı jurnalistin, Ram Murti Verma adlı yerli siyasətçini Facebook səhifəsində tənqidindən sonra diri-diri yandırıldığı bildirildi. Singh, sosial mediya hesabından Vermanı sui-istifadə və ərazi oğurlamaqda tənqid etmişdi.

“İndependent”in xəbərinə görə, Hindistanın Uttar Pradeş əyalət məclisinin nazirlərindən biri olan Verma, siyasətçinin həyatını itirməsindən sonra beş nəfərlə birlikdə həbs olundu. “IBN Live”ə danışan Shahjehanpur qəsəbəsinin polisi isə Singhin özünü yandırdığını söylədi. Polis əmakdaşı “Jagendra Singh haqqında  bir iddia vardı. Onu həbs etməyə calışdıq amma ama intihar etdi” deyə bildirdi.

Polis, Singhin iddiasının məzmunu haqqında məlumat vermədi. Singhin qohumları açıqlamalarında bildirdilər ki, jurnalisti həbs etməyə gələn polis 1 iyunda Singhi yandırdı. “Times Now”a danışan Singhin həyat yoldaşı isə qeyd etdi ki, “Müfəttiş və başqaları otağa girdilər və  Singhin üstünə benzin töküb yandırdılar”. Polis isə bu ittihamları rədd etdi.

Şərhlər