Türkiyədən növbəti qara xəbər - 14 şəhid - VİDEO

08.09.2015 16:12     Dünyadan reaksiya     2088

İğdırın Dilucu sərhəd qapısından polis məmurlarını aparan mikroavtobus və qorumaları aparan avtomobil Aralık rayonunun Hasanhan kəndi yaxınlığında partladılıb.

Partlayışı PKK-lı terrorçular törədib. Onlar təxminən bir ton bombanı uzaqdan pultla partladıblar.

Reaksiya.az xəbər verir ki, hücum nəticəsində 14 polis şəhid olub, 2 polis yaralanıb.

Qeyd edək ki, PKK-lı terrorçular avqustun 27-də də İğdırın Dilucu Sərhəd Qapısında polis işçilərinə hücum təşkil edib və 1 polis əməkdaşı yaralanıb.

Şərhlər