“Bu ölkədə şəhidlər təpəsi heç vaxt boş qalmadı”
08.09.2015 16:40 Dünyadan reaksiya 2090
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan YÖK sədri, professor Yekta Saraç, YÖK İdarə Heyətinin üzvləri və universitet rektorlarını Prezident Sarayında qəbul edib.
Reaksiya.az xəbər verir ki, o, çıxışı zamanı PKK terroru ilə bağlı önəmli açıqlamalar verib:
“Bazar günü Dağlıca bölgəsində keçirilən hücumda 16 əsgərimizi şəhid verdik. Bu səhər də İğdırda keçirilən bombalı hücumda 14 polis işçilərimizi şəhid verdik. Onların hamısına Allahdan rəhmət diləyirəm. Bütün bu olaylara baxmayaraq ay ulduzlu bayrağımızı dalğalandıracağıq. Şairin dediyi kimi "bu ölkədə şəhidlər təpəsi heç vaxt boş qalmadı". Belə çıxır ki, boş da qalmayacaq. Bütövlükdə şəhidlərimizin torpağa axan hər damla qanı bir möhürdür. Millətimizi Anadolu məkanından atmaq istəyənlər bu günə qədər həmişə məğlubiyyətə uğradılar. Ora göz tikənlər yenə eyni həyatı yaşayacaq. Bu münasibətlə hansı kökə, hansı xislətə malik olursa-olsun, bütün millətimə, siyasətçilərinə, media nümayəndələrinə, ziyalılara, alimlərə, QHT nümayəndələrinə müraciət etmək istəyirəm. Hər qarışı Anadolu və Trakya torpaqları hamımızın ortaq vətənidir. Bu ölkənin və bu dövlətin 78 milyon vətəndaşımızın hər birinə ehtiyacı var. Eyni şəkildə bu ölkəyə, yəni Türkiyə Cümhuriyyəti Dövlətinə də hamımızın ehtiyacı var. Türkiyə bizim ümumi arzumuz, ortaq keçmişimiz, müştərək gələcəyimizdir. Ölkəmizə sahib çıxmaq hər birimizin ortaq məsuliyyətidir. Bunun üçün birliyimizə sahib çıxmalıyıq. Yəni yerli olmalıyıq. Lazım olanda öz maraqlarımızdan imtina etməliyik. Unutmamalıyıq ki, TBMM hamımızın məclisidir. Hökumət hamımızın hökumətidir. TSQ hamımızın ordusudur. Dövlətin digər bütün qurumları da millətimizin hamısına aiddir. Siyasətdə rəqabət başqa bir şeydir. Ölkənin və millətin mənfəəti söz mövzusu olduğunda bir araya gəlmək başqa şeydir. Mən həyatımın heç bir dövründə siyasi rəqabətdən qaçmamışam. Amma ölkəmin gələcəyi məsələsi olanda mənim üçün digər hər şey təfsilatdır. Hər kəsin də bu konsepsiyada olmasını arzu edirəm".
Şərhlər