Türkiyədə HDP binasına hücum edilib
09.09.2015 02:58 Dünyadan reaksiya 1570
Ankarada kürd yönümlü Xalq Demokratik Partiyasının qərargahı etirazçıların hücumuna məruz qalıb.
Reaksiya.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, etirazçılar qərargah yerləşdiyi binanı daş-qalaq edərək, ofisin şüşələrini qırıb. Polis insidenti şərh etmir. Agentlik kürd yönümlü partiyanın qərargahına edilən basqını son PKK terrorçularının törətdikləri qanlı hücumlarla əlaqələndirir. Xatırladaq ki, ötən gün terrorçuların Hakkari vilayətinin Yüksəkova rayonu ərazisindəki Dağlıca zastavasına törətdiyi partlayış nəticəsində16 əsgər şəhid olub.
Şərhlər