Bolqarıstandan Rusiya təyyarələrinə qadağa

09.09.2015 04:17     Dünyadan reaksiya     1541

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstan XİN mətbuat xidmətinin məlumatında bildirilir.

“Bolqarıstan XİN  sentyabrın 1-dən 24-dək RF-Suriya marşrutu üzrə Rusiya hərbi-yük təyyarələrinin Bolqarıstanın hava məkanı üzərindən uçuşuna icazə vermədiyini təsdiqləyir. İmtinaya əsas Rusiyanın uçuşa icazə ilə bağlı xahişində uçuşların məqsədinə və aparılan yüklərə dair məlumatın qeyri-səhih verməsi olub”, deyə məlumatda bildirilir. 

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan XİN  rəsmi nümayəndəsi Betina Joteva “aparılan yükün xarakterinin bəyan edilmiş məlumata uyğun olmamasına əsaslı şübhələrin yarandığını” bildirib.   

“Bolqarıstan XİN   bu qərarı özü, müstəqil verib”, deyə Betina Joteva qeyd edib.

Şərhlər

Çox oxunanlar