Miqranta təpik vuran qadın jurnalist işdən qovuldu - VİDEO
09.09.2015 11:08 Dünyadan reaksiya 2643
Miqrantlara qarşı qatı mövqedə olan Macarıstanda maraqlı bir hadisə baş verib.
Reaksiya.az xəbər verir ki, qadın müxbirlərdən biri polisdən qaçmağa çalışan miqranta təpik ataraq onu yerə yıxıb.
Müxbirin zərbəsindən yıxılan uşaq polis tərəfindən yaxalanıb. Bununla da kifayətlənməyən müxbir digər miqrantlara də təpik atıb.
Lazlo adlı jurnalistin çalışdığı N1TV kanalı onun bu hərəkəti ilə bağlı açıqlama verib: "Bu gün bir iş yoldaşımız yolverilməz davranışlar nümayiş etdirib. Onun işinə dərhal son verilib".
Qeyd edək ki, Macarıstan miqrantları düşərgələrə salmağa çalışıb və qonşu ölkələrin göndərdiyi yardım vasitələrinin də ölkəyə girişində çətinlik yaradıb.
Macarıstan baş naziri Viktor Orban sentyabrın 3-də Avropa Birliyinin Şurasında keçirdiyi mətbuat konfransında miqrantlarla bağlı açıqlama verib:
"Sərhədimizi qorumalıyıq. Əsas məsələ budur. Macarıstan bu vəziyyətdən heç də razı deyil. Axı Avropa hər gələni qəbul edə bilməz. Bu, Avropanın sonu olar".
Şərhlər