İngilis təyyarəsi yandı - 14 yaralı

09.09.2015 12:28     Dünyadan reaksiya     1804

ABŞ-ın Las Veqas şəhərindən Böyük Britaniyanın paytaxtı Londona hərəkət etmək üzrə olan British Airways şirkətinin sərnişin təyyarəsinin sol mühərriki uçuşdan öncə qəfildən alovlanıb.

Reaksiya.az xəbər verir ki, təyyarədə olan 159 sərnişin və 13 ekipaj təxliyə olunub.

Təyyarəni tərk etmək istəyən sərnişinlərdən 14-ü yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin yaxşı olduğu bildirilib. 

Şərhlər