Rusiya ilə İran müqavilə imzalayacaq - S-300 qalmaqalı

09.09.2015 15:29     Dünyadan reaksiya     1967

Rusiya ilə İran arasında İrana S-300 raket əleyhinə müdafiə sistemlərinin təslim edilməsini nəzərdə tutan yeni müqavilə yaxın zamanlarda imzalanacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov verib.

Qeyd edək ki, Rusiya ilə İran S-300 raket əleyhinə müdafiə sistemləri müqaviləsini 2007-ci ildə imzalayıb.

Ancaq Moskva 2010-cu ildə İrana tətbiq olunan beynəlxalq sanksiyalar səbəbindən müqaviləni ləğv edib.

İranla "5+1" ölkələrinin Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlməsindən sonra Kreml İrana S-300 təslim edilməsinin qarşısını alan qadağanı qaldırıb.

Şərhlər

Çox oxunanlar