ABŞ 300 suriyalı qaçqını qəbul edəcək

09.09.2015 16:08     Dünyadan reaksiya     1846

Cari maliyyə ilinin sonuna qədər təxminən 300 suriyalı qaçqın ABŞ-a yerləşdiriləcək.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Con Kirbi verib.

Kribi həmçinin, ABŞ-ın 2015-ci ildə bütün dünyadan 70 min qaçqını qəbul etdiyini xatırladıb.

O, növbəti ildə də mühacirlərin ölkəyə qəbul edilməsi ehtimalının olduğunu açıqlayıb.

Şərhlər