Məşhurlar şəhid xəbərlərinə üsyan etdi

09.09.2015 16:14     Dünyadan reaksiya     1930

Türkiyənin məşhur insanları son günlər ard-arda gələn şəhid xəbərlərinə üsyan etdi.

Reaksiya.az xəbər verir ki, sosial paylaşma saytlarında baş sağlığı məktubu dərc etdirən adlardan Kıvanç Tatlıtuğ “Yeni bir günə başlamaq içimdən gəlmir” dedi, Murad Boz “Gün birləşmə günüdür” sözləri ilə birlik çağırışı etdi.

Demet Akalın isə Əsgər Fonduna 50 min lirə bağışladığını açıqlayıb.

ƏSGƏR FONDUNA 50 MİN TL

“Belə bir dövrdə hər kəs bir yerdə olmalıdır” qeyd edən Demet Akalın bunları deyib:

“Hər kəs üzərinə düşəni etməlidir! Bu qədər dərd və kədərlər baş verməz!

Mən əsgər qızıyam, atam yol qəzasında öldü! Mən dövlətin bağladığı maaşla böyümüşəm! Bizə əmanət qalan şəhid uşaqlarını düşünürəm.

O gözəl ürəkli sənətçi dostlarıma müraciət edirəm, bir proqramdan qazandıqlarınızı Əsgər Fonduna bağışlayın

Neçə şəhid uşağına çatacaq, bilmirəm, amma mən bu gün Əsgər Fonduna 50 min lirə verirəm”.

KIVANÇ TATLITUĞ

MURAT BOZ

ARDA TURAN

IŞIN KARACA

ALMEDA ABAZİ

ALP KIRŞAN

İBRAHİM TATLISES

Erkan Petekkaya

ENDER ALKOÇLAR

Şərhlər

Çox oxunanlar