"ABŞ-la ancaq nüvə məsələsi haqqında müzakirələr aparacağıq" - Xamneyi

09.09.2015 18:59     Dünyadan reaksiya     1861

İranın ali rəhbəri Əli Xamneyi nüvə müzakirələrindən kənar hər hansı məsələ ilə bağlı ABŞ-la görüşməyəcəklərini bildirib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, ali rəhbər bildirib ki, ABŞ İranla müzakirə adı altında ölkəyə nüfuz etmək və istəklərini qəbul etdirmək məqsədi güdür.

"ABŞ-la ancaq nüvə məsələsi haqqında müzakirələr aparacağıq. Digər məsələlərlə bağlı ABŞ-la görüşməyə razılıq vermədik və onlarla heç bir müzakirələr aparmayacağıq”, - deyə o vurğulayıb.

 

Şərhlər

Çox oxunanlar