Parisdə “normand dördlüyü” liderlərinin görüşü keçiriləcək

10.09.2015 03:26     Dünyadan reaksiya     1630

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı baş tutub.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ukrayna üzrə “normand dördlüyü”nün liderləri oktyabrın 2-də Parisdə görüşməyə qərar veriblər.

Tərəflər  "normand formatında”  danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Sentyabrın 12-də Berlində xarici işlər nazirləri, oktyabrın 2-də isə Parisdə Rusiya, Almaniya, Fransa və Ukrayna liderlərinin görüşü keçiriləcək.

Şərhlər

Çox oxunanlar