120-dən çox məmur istefaya göndərildi
10.09.2015 04:35 Dünyadan reaksiya 1581
İraqın baş naziri Heydər əl-Abadi çərşənbə günü hökumət orqanlarında yüksək vəzifə tutan 123 məmuru tutduğu vəzifəsindən azad edib.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin "Əs-Sumariya" telekanalı məlumat yayıb.
"Nazirlər Kabinetinin rəhbəri dövlət institutlarının işində səmərəliliyin artırılması məqsədi ilə islahatlar paketinin reallaşdırlması çərçivəsində 123 idarə rəhbəri müavini və onların baş direktorlarının vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul edib", - deyə hökumətdəki mənbə bildirib.
Şərhlər