İspaniya Türkiyəyə dəstək oldu

10.09.2015 09:53     Dünyadan reaksiya     1830

İspaniya Türkiyədə  təhlükəsizlik qüvvələrinə və dinc əhaliyə qarşı edilən terror hücumlarını pisləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.

Açıqlamada deyilir: "İspaniya ötən iyul ayından bu yana Türkiyənin müxtəlif yerlərində separatçı terror qrupları tərəfindən aparılan, dinc əhalidən və təhlükəsizlik qüvvələrindən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan hücumları ən güclü şəkildə qınayır".

İspaniya höküməti terrorizmə qarşı mübarizədə Türkiyəyə əməkdaşlıq da təklif edib. 

Şərhlər

Çox oxunanlar