Medvedev: “Sanksiyalar üçün təşəkkürlər”

11.06.2015 16:58     Dünyadan reaksiya     1680

Rusiya baş naziri Dmitri Medvedev, Rusiyaya sanksiya tətbiq edən bütün ölkələrə təşəkkür edərək "Uzun zamandır Şərqdəki tərəfdaşlarla əlaqələrimizi inkişaf etdirmək istəyirdik, demək ki, bunun üçün bəzilərinin bizi itirməsi lazım imiş” - deyə danışıb.

XVII. Dünya Rus Mətbuatı Konqresində çıxış edən baş nazir Medvedev Qərbin tətbiq etdiyi sanksiyaların Rusiyanı Asiya bölgəsindəki ölkələrlə daha sıx əməkdaşlıq etməyə təşviq etdiyini söyləyib. Medvedev bildirib ki, tətbiq edilən sanksiyalar iqtisadi mənada Asiya ölkələri ilə daha sıx əməkdaşlığa getməyimizə təmin edib:  “Sanksiya tətbiq bütün ölkələrə təşəkkür edirik. Həqiqətən bütün səmimiyyətimlə söyləyirəm" - ifadələrini istifadə edib.

 

Keçmiş Sovet coğrafiyasında inteqrasiya labüddür

 

Sovetlər Birliyinin yıxılmasından sonra bölgə coğrafiyasında inteqrasiyanın qaçılmaz olduğunu da ifadə edən Rusiya baş naziri, inteqrasiya prosesinin bölgə xalqlarına böyük faydalar vəd etdiyini dilə gətirib.

Medvedev, mətbuatın azad və müstəqil fəaliyyət göstərməsi üçün səylərin vacibliyini də vurğulayıb.

Şərhlər

Çox oxunanlar