Suriyalı qaçqın sevincini avropalı polislə belə bölüşdü
10.09.2015 11:09 Dünyadan reaksiya 2217
Avropada çəkilən bu foto dünya mediasının manşetinə çevrilib. Macarıstandan Danimarkaya gələn suriyalı qaçqın qız sevincini avropalı polislə bölüşür. Bu sevincin alt qatında isə nəyin gizləndiyini təbii ki, qızcığaz bilmir. Onun üçün əsas Suriyadakı müharibədən uzaqda olmaq və valideynlərilə birgə sakit həyat sürməkdir.
Danimarka polisi dünən gecə Almaniya sərhədinə yaxın ərazidə saxladığı qaçqınların paytaxt Kopenhagenə getməsinə icazə verib.
Reaksiya.az xəbər verir ki, qaçqınlar sadə vətəndaşların köməyi ilə Kopenhagenə, oradan da İsveçin Malmo şəhərinə getməyə başlayıb.
Təxminən 250 nəfərə yaxın qaçqın qeydiyyata salınacaqları və düşərgələrə aparılacaqları qorxusundan polisin köməyini qəbul etməyib. Bu səbəbdən də onlara sadə vətandaşlar kömək edib.
Qeyd edək ki, Danimarkanın baş naziri Lars Lökke Rasmussen 3 gün ərzində ən azı 3 min qaçqının ölkələrinə çatdığını bildirib. Onlardan təxmini 500-nün qaçaq yollardan İsveçə, bir hissəsinin də Norveç və Finlandiyaya keçdiyi ehtimal edilir.
Danimarkada yerləşən qaçqınların böyük bir hissəsinin yenə də İsveçə keçməsi gözlənilir.
Şərhlər