17 PKK-lı öldürüldü

10.09.2015 10:52     Dünyadan reaksiya     1967

Hakkarinin Şemdinli rayonunda Tekeli kəndi yaxınlığında 7 PKK-lının parçalanmış cəsədləri kəndlilər tərəfindən tapılıb. Terrorçuların hava əməliyyatında öldüyü bildirilib.

Reaksiya.az xəbər verir ki, Ərzurumun Şenkaya kəndində 4 gündür davam edən əməliyyatlar nəticəsində çevrəyə alınan terrorçulardan 8-i zərərsizləşdirilib.

Şırnakın Cizre rayonunda 2 terrorçu öldürülüb. Nur məhəlləsində PKK-lılar 2 vətəndaşı qətlə yetirib.

Yüksekovada həbs olunan 32 nəfərdən 26-sı sərbəst buraxılıb. Nəzarətə alınan Hollandiyalı jurnalist Frederike Geerdink isə işləri tamamlandıqdan sonra deportasiya ediləcək. Şemdinlidə PKK tərəfindən partladılan körpülərə vətəndaşlar ağac döşəyib.

Bitlis-Tatvan avtomobil yolunun 15-ci kilometrində yola basdırılan əl istehsalı partlayıcı PKK-lı terrorçular tərəfindən partladılıb. Çıxan qarşıdurmada terrorçular qaçıb.

Şanlıurfada TIR-da soğan kisələri arasında gizlədilmiş 5.5 ton plastik partlayıcı tapılıb. İki nəfər saxlanılıb.

Diyarbəkirin Silvan, Kulp, Dicle və Lice rayonlarında bəzi bölgələr müvəqqəti hərbi təhlükəsizlik zonası elan edilib. Qadağa 1 mart 2016-cı il tarixinə qədər davam edəcək.

Tuncelidə PKK-nın qaçırdığı AKP-nin Mazgirt rayon təşkilatının rəhbəri Süleyman Canpolat sərbəst buraxılıb.

Şərhlər

Çox oxunanlar