Ronaldodan Türk xalqına mesaj - “Dərdinizi bölüşürəm”

10.09.2015 11:33     Dünyadan reaksiya     1900

İspaniyanın “Real Madrid” futbol klubunun oyunçusu Kriştiano Ronaldonun meneceri Jorge Mendes portuqaliyalı ulduzun türkləri və Türkiyəni çox sevdiyini, baş verən terror hadisələri səbəbilə Türk xalqının acılarını paylaşdığını bildirib.

Reaksiya.az xəbər verir ki, bir çox sosial layihələrə imza atan və ictimai hadisələrə də həssaslıq göstərən Ronaldo Türkiyədəki terror aksiyalarına da səssiz qalmayıb.

Fenomen idmançı meneceri vasitəsilə şəhidlərə başsağlığı mesajları göndərib:

“Ronaldo sosial mediada bu mövzuda bir şey yazmadı - deyə xahiş edirəm, hadisələrdən xəbəri olmadığı və ya laqeyd qaldığı hesab edilməsin. Ronaldo dünya miqyasında olan bir ulduzdur. Bu səbəbdən ona çox sayda təklif gəlir və hər birinə də cavab vermək mümkün olmur. Ronaldo Türkiyəni və Türkləri çox sevir. Sizlərlə eyni hisslər içindəyik və kədərinizi bölüşürük".

Şərhlər