Argentina BRİCS-ə qatılmaq istəyir
10.09.2015 12:03 Dünyadan reaksiya 1977
Argentinanın prezidenti Cristina Fernandez de Kirchner ölkəsinin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan olan BRİCS qrupuna qoşulmaq istədiyini bildirib.
Reaksiya.az xəbər verir ki, o, bu barədə açıqlamanı sabiq Braziliya prezidenti Lula Da Silva ilə birlikdə qatıldığı oktyabrın sonunda keçiriləcək prezident seçkilərində namizəd olan Daniel Sciolinin keçirdiyi mitinqdə verib.
Prezident BRİCS-in BRİCSA olması üçün Latın Amerikada inteqrasiyanın gücləndirilməsi, yeni yollar tapması lazım olduğunu qeyd edib.
Sabiq prezident Lula Da Silva isə Argentina və Braziliyanın əlaqələrini gücləndirməsinin lazım olduğunu vurğulayıb.
Şərhlər