ABŞ Nusra Cəbhəsi ilə görüşür

11.06.2015 17:10     Dünyadan reaksiya     1587

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisindəki Daimi Nümayəndəsi səfir Keith Harper, Suriyadakı böhrana son vermək üçün İŞİD-dən başqa bütün tərəflərlə görüşdüklərini açıqlayıb.

Keith Harper BMT Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında, Suriyadakı böhrana tək həllinin siyasi proseslərdən keçdiyinə diqqət çəkərək, ABŞ-ın bu istiqamətdəki səylərini davam etdirəcəyinə vurğulayıb.

Harper davam edən Suriya danışıqlarının III Cenevrə müzakirələrinə zəmin hazırlayıb hazırlamayacağına dair sualına cavab olaraq bildirib ki, bizi siyasi həllə aparıb çıxaracaq bir prosesə ehtiyacımız var. Harada kimlərlə nə iş görürsə görsün, müvəffəqiyyət qazanacaq, düşmənçiliyə son verəcək, böhranı bitirəcək bir prosesdir” - cavabını verib.

Bir jurnalistin, siyasi həll üçünİŞİD, Nusra Cəbhəsi kimi terror təşkilatları ilə masaya oturub oturmayacaqları ilə suala cavab olaraq Harper bildirib ki, İŞİD - in müzakirə aparılacaq bir tərəf olmadığını düşünürük: “Ancaq digər əlaqədar tərəflərlə görüşürük”.

Şərhlər

Çox oxunanlar