“Ermənistan PKK-nın ikinci Kandilidir” - Sinan Oğan
10.09.2015 14:33 Dünyadan reaksiya 2076
MHP-nin sabiq İğdır millət vəkili, azərbaycanlı Sinan Oğan Türkiyədə son baş verən terror hadisələri ilə bağlı maraqlı açıqlamalar verib.
Reaksiya.az xəbər verir ki, o, Ermənistanın PKK üçün ikinci bir Kandil olduğunu deyib.
“Ağrı dağının Ermənistan tərəfi PKK təhdidi altındadır. İğdırda yollara döşənən bombalar yaxın tarixdə qoyulan bombalar deyil. PKK Ermənistanı ikinci Kandil kimi müəyyənləşdirib. Bunun üçün İğdırı terror hədəfi seçib. Türkiyədə bu haqda hər kəs bilməlidir. Ermənistan-Türkiyə sərhədində yaşayan vətəndaşlarımızdan xəbərlər almağa başladıq. Sərhəd kəndlərindən dostlarımız məni arayaraq “Bu gecə bu qədər adam keçdi” söylədi", - deyə Sinan Oğan vurğulayıb.
Şərhlər