“Şimali İraqda PKK-ya qarşı əməliyyatlarda yaxşı nəticələr var” - Əhməd Davudoğlu - VİDEO

10.09.2015 14:54     Dünyadan reaksiya     1887

Türkiyənin baş naziri Əhməd Davudoğlu "Şimali İraqda PKK-ya qarşı aparılan hava əməliyyatları dünən və bu gün davam edib. Yaxşı nəticələr aldıq" sözlərini deyib.

Reaksiya.az xəbər verir ki, Əhməd Davudoğlu Avropa Şurasının sədri Donald Tuskla baş nazirin rəsmi iqamətgahında görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Davudoğlu Türkiyənin Şimali İraqdakı hava əməliyyatları ilə bağlı önəmli informasiyalar verib: "Bu məsələ zamana buraxılacaq, təxirə salınacaq bir məsələ deyil, əksinə dəqiqə də itirmədən Suriyalı, İraqlı, Liviyalı qaçqınlar məsələsində Türkiyənin və Avropa İttifaqının birgə hərəkət etməsi mühüm əhəmiyyət daşıyır".  

Baş nazir Davudoğlu daha sonra bunları deyib: “Terrorla mübarizə əzmimiz hər kəs tərəfindən bilinməlidir. Belə ki, Türkiyənin Şimali İraqdakı hava əməliyyatları dünən və bu gün həyata keçirilib.  Dəqiq hədəflər vurulan nəticələr əldə edilib”.

Şərhlər