2 baş nazirin görüşü etirazlara səbəb oldu
10.09.2015 16:50 Dünyadan reaksiya 1869
İngiltərənin paytaxtı Londonda rəsmi səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu həmkarı David Kameronla görüşüb.
Reaksiya.az xəbər verir ki, görüş çərçivəsində iki həmkarın Yaxın Şərqdəki problemləri, regional prosesləri, iki ölkə arasındakı əlaqələri müzakirə edəcəyi gözlənilir.
Netanyahunun Britaniya səfəri, xüsusilə Fələstini dəstəkləyən və müharibə əleyhinə təşkilatların etirazına səbəb olub.
Baş nazir Kameronun Netanyahu ilə görüşməsinə etiraz edən yüzlərlə adam nazirlik binasının qarşısında toplanıb. Bina önündə həmçinin, Böyük Britaniyadakı İsrail tərəfdarları da bir araya gələrək aksiya keçirib.
Şərhlər