Avropa artıq "Əsədsiz gələcək" təklifini dəstəkləmir

10.09.2015 17:37     Dünyadan reaksiya     1835

Avropada yaşanan qaçqın böhranı Avropanın Suriyaya baxışını dəyişdirib.

Reaksiya.az xəbər verir ki, ABŞ-ın Suriyada həll üçün təqdim etdiyi “Əsədsız gələcək” təklifini qaçqın axınına məruz qaldıqdan sonra Avropa İttifaqı artıq əvvəlki kimi dəstəkləmir.

Suriye Devlet Başkanı Beşar Esad

Avstriya və İspaniyadan gələn son açıqlamalar da vəziyyəti açıq şəkildə ortaya qoyur.

Avstriya xarici işlər naziri Sebastian Kurz Rusiya və İranın iştirakı ilə birgə yanaşma mənimsənilməsi çağırışı edib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Garcia Margallo isə bildirib ki, bu günə qədər 250 min insanın ölümünə səbəb olan bu savaşın daha çox insan faciəsinə gətirib çıxarmasını istəmiriksə, Əsəd rejimiylə müzakirə aparmalıyıq.

İspanya Dışişleri Bakanı Jose Manuel Garcia-Margallo- İran Dışişleri Bakanı Muhammed Cevad Zarif

İrlandiyalı Yaxın Şərq üzrə ekspert Patrik Cockburn da mühacirət böhranının və getdikcə artan İŞİD təhdidinin Rusiyanı Suriya məsələsi üçün həll yolları tapmağa məcbur etdiyini bildirib: "Rusiya İŞİD-in dayandırılmasında baş aktyor olmalıdır, çünki Moskva İŞİD ilə mübarizə üçün Dəməşqə silah dəstəyi verir. Əsəd həyatda qalmaq istəyirsə, Rusiya ilə birlikdə hərəkət etməlidir”.

Digər tərəfdən də Deutsche Wirtschafts Nachrichten qəzetində “Suriyada həll üçün yaradılan ABŞ cəbhəsi dağılır" ifadəsi yer alıb. Qəzet Rusiyanı həll prosesindən kənarda saxlamağın qeyri-mümkün olduğuna vurğulayıb.

Şərhlər

Çox oxunanlar