32 terrorçu məhv edildi - Türkiyədə
10.09.2015 17:34 Dünyadan reaksiya 1800
Türkiyənin müvəqqəti seçki hökumətinin daxili işlər naziri Səlami Altınok Şırnak vilayətinin Cizrə qəsəbəsində aparılan antiterror əməliyyatı haqqında məlumat verib.
Reksiya.az APA-ya istinadən xəbər verir ki, S. Altınok Cizrədə komendant saatı elan olunduğunu xatırladıb: “Cizrədə aparılan əməliyyatlarda məqsəd terror aktlarına son qoyulması, minalanmış ərazilərin təmizlənməsi və dövlət hakimiyyətini bərqərar etmək məqsədi daşıyır. Təhlükəsizlik qüvvələrimiz mülki əhalinin zərər görməməsi üçün maksimum diqqət göstərir. Əməliyyatlar nəticəsində 800 kq partlayıcı maddə zərərsizləşdirilib, terrorçuların yollarda qazdığı 30 xəndək doldurulub. Qüvvələrimizə doğru 21 qumbaraatan mərmisi atılıb, 6 ədəd zirehli texnika sıradan çıxıb. 32 terrorçu məhv edilib. Cizrədəki əməliyyatları ən qısa müddətdə yekunlaşdırıb, küçəyə çıxma yasağını ləğv edəcəyik”.
Qeyd edək ki, Cizrədə əməliyyatlar sentyabrın 4-də başlayıb.
Şərhlər