Hökumət başçısı istefa verdi
11.09.2015 02:22 Dünyadan reaksiya 1742
Demokratik Yunionist Partiyasının lideri (DYP) Piter Robinson Şimali İrlandiyanın birinci naziri vəzifəsindən istefa verib.
"Report" xəbər verir ki, bu barədə o, regional parlamentin DYP-nın Assambleyanın buraxılmasına dair tələbini rədd etməsindən sonra bəyan edib.
Onunla yanaşı DYP-nın digər nazirləri də vəzifələrindən gedir. Belə olan halda, hökumətdə tam böhran baş verəcək.
Robinson İrlandiyanın qanunverici orqanının buraxılmasını tələb etmişdi.
Şərhlər