Ukraynadan Rusiya vətəndaşlarına qadağa

11.09.2015 07:23     Dünyadan reaksiya     1753

Ukrayna Donbasdakı münaqişəyə görə Rusiyanın 1700-dən çox vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.  

“Hazırda 1700-dən Rusiya vətəndaşının Ukrayna ərazisinə girişinə qadağa qoyulub”, deyə məlumatda bildirilir.

Məlumata görə, Kiyev Rusiya vətəndaşlarına qarşı məhdudiyyət tədbirlərini və sanksiyaları 2014-cü ilin mart ayından tətbiq edir.   

Şərhlər

Çox oxunanlar