Demokratlar İranla sövdələşmənin əngəllənməsinə mane olublar
11.09.2015 08:04 Dünyadan reaksiya 1670
ABŞ-ın Demokratlar Partiyası Senatda səsvermə zamanı Respublikaçıların İranın nüvə proqramı üzrə sazişə qarşı qətnamə layihəsini əngəlləyiblər.
Reaksiya.az xəbər verir ki, İranla sazişin əleyhinə olanlar qətnamə layihəsi üzrə debatlara başlamaq üçün 60 səs əldə etməli idilər, lakin "lehinə" yalnız 58 senator səs verib, 42 nəfər isə layihənin əleyhinə çıxıb.
Demokratlara Konqresin İranla sövdələşməni pisləyən qətnamənin qəbuluna imkan verməmələri üçün 41 səs kifayət idi.
Şərhlər