İsveç miqrantları qəbul etdi

11.09.2015 11:58     Dünyadan reaksiya     2388

Xəbər verdiyimiz kimi, Almaniya sərhədindən Danimarkaya gələn miqrantlar İsveçə yola düşüb.

Reaksiya.az xəbər verir ki, sayı 3 mini aşan qaçqınların İsveçə keçidləri hazırda davam edir.

Miqrantlar İsveçin Malmö şəhərindəki Miqrantlar Mərkəzinə aparılır.

Həmçinin, Norveç və Finlandiyaya getmək istəyənlərə də Qızıl Xaç Cəmiyyəti və könüllülər kömək edir. 

Şərhlər