“Putin Krım kimi Suriyanı da işğal etmək istəyir” - Fox News

11.09.2015 11:44     Dünyadan reaksiya     1809

“Ukrayna böhranını həll etməyin yeganə yolu çox rus öldürməkdir” fikirlərilə gündəmə gələn ABŞ-ın “Fox News” kanalı daha bir açıqlama ilə yadda qalıb.

Reaksiya.az xəbər verir ki, Rusiyanın Suriyadakı hərbi bazasından söz açan telekanal deyib ki, rəsmi Moskva Krım kimi bu dəfə də Suriyanı işğal etməyə çalışır.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə rus əsgərlərinin Suriya ordusu ilə birgə vuruşduğunu yalanlamışdı.

Dmitri Peskov

“Fox News”un aparıcısı Shepard Smit bu olayi canlı efirdə müzakirə edib.  

Shepard Smith 

Smitin efirində qonaq olan mütəxəssis rusların regiona gəlişini müdafiə edib: “İraqı işğal edən keçmiş ABŞ Prezidenti Corc W. Buşun nümayəndələrindən biri olan Michael Singh vurğulayıb ki, 1972-ci ildən bu yana Yaxın Şərqdə rus qoşunları olmayıb".

Michael Singh

Singh Rusiyanın Suriyanın Tartus şəhərində hərbi bazası olduğundan söz açmayıb. Belə ki, bu baza Suriyanın qərbində 1971-ci ildən bəri fəaliyyət göstərir. 

Şərhlər

Çox oxunanlar