Ankara "Türk axını" layihəsini tamamilə dondurdu

11.09.2015 14:16     Dünyadan reaksiya     1875

Ankara "Türk axını" layihəsini tamamilə dondurub.

Reaksiya.az türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindəki mənbə deyib.

Buna səbəb tərəflərin "Türk axını" qaz kəmərinin tikintisinin detalları və Rusiya qazının qiymətində endirimlər edilməsi məsələləri üzrə razılığa gələ bilməmələridir.

Məlumata görə, tərəflər "Türk axını"nın tikintisi üzrə danışıqları bərpa edə bilərlər, lakin bunun baş verəcəyi dəqiq tarix hələlik məlum deyil.

Şərhlər

Çox oxunanlar