"İŞİD-ə qarşı bütün ölkələr güclərini birləşdirməlidir"
11.09.2015 15:36 Dünyadan reaksiya 1979
“İŞİD terror təşkilatına qarşı aparılan mübarizənin təsirli olması üçün hər bir ölkə, həmçinin də Türkiyə güclərini birləşdirərək eyni anda zərbə vurmalıdır”.
Reaksiya.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında "Türkiyə İŞİD-ə qarşı necə mübarizə aparmalıdır?" sualına cavab verərkən deyib.
Zaxarova həmçinin qeyd edib ki, yeni mübarizə planı hazırlanmalıdır:
“İŞİD-ə qarşı gücləri birləşdirib, birgə kəşfiyyat mübadiləsi aparmalıyıq. Bu, hələlik yoxlanmamış və təsirli ola biləcək yeganə üsuldur. Çünki hava hücumları, müəyyən qrupların dəstəklənməsi kimi üsulların hamısı sınağa çəkilib”.
Şərhlər