"NATO İŞİD-dən qorxur" - Aleksey Puşkov
11.09.2015 16:23 Dünyadan reaksiya 1931
“NATO İŞİD terror təşkilatından qorxur”.
Reaksiya.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Duması Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov twitter hesabından yazıb.
O, həmçinin bildirib ki, qaçqınların əsl qaçış səbəbinə diqqət olunmur: "İttifaq ancaq Rusiyaya hədələr yağdırmaqla məşğuldur. İŞİD-in qarşısında isə əsirlər".
Puşkov "Kommersant FM" radiosuna da mövzu ilə bağlı açıqlama verib: “Avropalı siyasətçilər mühacirət böhranının səbəbini dilə gətirməkdən qorxurlar. Böhranın səbəbi başda ABŞ olmaqla Qərbin Yaxın Şərqdə stabilliyi pozmasıdır. Buna görə qaçqın axını başlayıb. Onlar isə bunu təbii fəlakət və ya bir sunami olaraq görürlər".
Şərhlər