Prezidentin qızı baş nazirin müavini oldu
12.09.2015 01:33 Dünyadan reaksiya 1897
Qazaxıstan prezidentinin böyük qızı Dariqa Nazarbayeva Qazaxıstan baş nazirinin müavini təyin olunub.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ölkə başçısı tərəfindən imzalanmış fərman prezidentin rəsmi saytında yerləşdirilib. D. Nazarbayevanın hansı sahələrlə məşğul olacağı barədə məlumat verilmir.
Qeyd edək ki, D. Nazarbayeva 2012-ci ilin yanvarında keçirilən seçkilərdə parlamentin aşağı palatasına üzv seçilib. O, sosial-mədəni inkişaf üzrə komitənin sədri olub. Hakimiyyətdəki “Nur Otan” Partiyasının üzvü olan D. Nazarbayeva 2014-cü ilin aprelində parlament sədrinin müavini və hakim partiyanın parlament fraksiyasının rəhbəri seçilib.
Şərhlər