Müdafiə nazirinin keçmiş müavini öldürülüb?
12.09.2015 03:27 Dünyadan reaksiya 1832
Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda sentyabrın 11-də antiterror əməliyyatı zamanı Romit dərəsi adlandırılan ərazidə öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə “Asiya plyus” agentliyinə hərbi mənbələr bildirib.
Məlumata əsasən, yaxın saatlarda hadisə ilə əlaqədar rəsmi açıqlama veriləcək.
Bununla belə, Tacikistan DİN-i və Milli Təhlükəsizlik Komitəsində faktı təsdiqləməyiblər.
Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə vəMüdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkil olunmasında ittiham olunur.
Tacikistanın güc strukturlarının həyata keçirdiyi əməliyyat zamanı generalın 100-dən çox tərəfdarı saxlanılıb, xeyli sayda silah sursat müsadirə edilib. 21 silahlının məhv edildiyi bildirilir.
Şərhlər