Obama Rusiyanı tənqid etdi
12.09.2015 05:33 Dünyadan reaksiya 1687
ABŞ prezidenti Barak Obama hesab edir ki, rəsmi Moskvanın Yaxın Şərqdə və xüsüsilə Suriyada apardığı siyasət doğru deyil.
Reaksiya.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, bir qrup hərbçi ilə görüşən Obama bildirib ki, Bəşər Əsəd rejimini dəstəkləmə taktikası kökündən yalnışdır.
"Hesab edirəm ki, Rusiyanın hazırki strategiyası ciddi səhvdir" - deyə Ağ Ev başçısı vurğulayıb.
Obama, həmçinin, qeyd edib ki mühacir problemi dünya miqyasında hələ uzun illər davam edəcək.
Şərhlər