İrəvanda əsgər anaları növbəti aksiya keçirib

11.06.2015 18:35     Dünyadan reaksiya     1805

Qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların valideynləri İrəvanda Prezident Administrasiyası qarşısında növbəti aksiya keçirməyə cəhd göstəriblər.  APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, polis güc tətbiq edərək onların prezident iqamətgahına yaxınlaşmasının qarşısını alıb.

Aksiya iştirakçılarından biri - Ovsep Muradyan polis zorakılığına etiraz olaraq avtomobil yolunun ortasında uzanıb.

Valideynlər bəyan ediblər ki, əvvəlki tələbləri qüvvədə qalır.

Hadisə yerinə ombudsmanın nümayəndəsi gəlsə də, əsgər anaları ona inanmadıqlarını və “Sarkisyanın adamı” hesab etdiklərini bildiriblər. Onlar deyiblər ki, ombudsmanın nümayəndəsi bir müddət gözləməklə polisin onlara qarşı zorakılığının şahidi ola bilər.

Şərhlər

Çox oxunanlar