BMT-də Fələstin bayrağı dalğalandı

12.09.2015 11:03     Dünyadan reaksiya     1968

Fələstinin prezidenti Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının (BMT) binasının qarşısında Fələstin bayrağının asılması qərarının əhəmiyyətli bir addım olduğunu bildirib.

Reaksiya.az xəbər verir ki, prezident, həmçinin Fələstin bayrağının Qüdsdə də dalğalanacağına ümüd edir.

Filistin yönetimi lideri Mahmud Abbas

M. Abbas səs çoxluğu ilə qərarın alındığını qeyd edib: "Bu addımın davamı gələcəyinə inanıram. Dünənki səsvermələrdə gördüyümüz ən mühüm iş mülahizələrdən sonra əleyhimizə səs verənlərin sayı 9 idi, bu gün 8 olub. Bu etirazların azalmasına işarədir”.

Şərhlər

Çox oxunanlar